Təəssürat

Memarlıq insan həyatının ən vacib sahələrindən biridir və hər yeni layihə həyatımıza dəyər qatmaq məqsədi daşıyır. Müasir memarlıq dizaynları yalnız estetik gözəlliklə məhdudlaşmır, həm də funksionallıq, davamlılıq və innovasiyaya əsaslanır.

· Təəssürat · Yerli memarlar

Zivər bəy Əhmədbəyov

Hər memara layihələndirdiyi binanın qarşısında heykəl ucaldılması nəsib olmur. Bəs bu şöhrətin və yaradıcılığın arxasında necə bir həyat dayanırdı? Azərbaycanın ilk diplomlu memarı Zivər bəy Əhmədbəyovun həyatına nəzər salanda, şəhərə öz imzasını qoymuş bir memarla yanaşı, taleyi yarımçıq qalmış…

· Təəssürat

İranın Yəzd şəhəri

Memarlıq tarixini araşdırdıqca bizdən əvvəlki nəsillərin, iqlimin və ərazinin xüsusiyyətlərini nəzərə alaraq yaratdıqları həllərin nə qədər düşünülmüş olduğunu görmək mümkündür. Lakin bu təcrübəni keçmişin uğurlu nümunəsi kimi qiymətləndirməklə kifayətlənir, onun mahiyyətini müasir tikintidə tətbiq…

· Təəssürat

Bukinist

Mən XX əsrin sonuncu nümayəndələrindənəm. Sovet dövrünü görməmişəm, amma ondan sonrakı illər uşaqlıq yaddaşımda kifayət qədər aydın qalıb. Ölkəmiz SSRİ əsarətindən çıxandan sonra hər şey alt-üst olmuşdu. Bütün sahələrdə olduğu kimi, bu vəziyyət kitab sənayesindən də yan keçməmişdi. Ölkədə…

· Təəssürat

Sosializm, yoxsa kapitalizm?

İnsanların bir-birinin evinə xəbərsiz getdiyi dövrü görən son nəslin nümayəndəsiyəm. Evlər hər an kimsə gələcəkmiş kimi səliqəyə salınar, süfrəyə qoymaq üçün şirniyyatlar hazırda gözləyərdi. Çünki o dövrdə qapının qəfil döyülməsi heç də təəccüblü deyildi. Bu həyat tərzinin formalaşmasında…

· Təəssürat

Genetik yaddaş

Doğma yer nədir? Ata-baba kökünün bir torpağa bağlı olması, yoxsa genetik yaddaşımızın bizi o məkana çəkən görünməz cazibəsi? Bəlkə də “doğmalıq hissi” dediyimiz duyğu, genlərimizdə nəsillər boyu ötürülən “məkan kodu”nun təzahürüdür. İnsanın davranış və həyat ritminin formalaşmasında genetik irsin…

· Təəssürat

Şəki

Azərbaycanın bölgələri arasında ən sevdiyim və fürsət düşdükcə getdiyim rayon Şəkidir. Şəkini xatırlayanda isə ilk ağlıma gələnlərdən biri Xan sarayının qarşısındakı tütək çalan babadır. Açığı, tütək səsini gündəlik həyatda o qədər də sevmirəm. Televizorda qarşıma çıxanda kanalı dəyişirəm desəm…

· Təəssürat

Cinayət memarlığı və Raskolnikov

Hər kəs roman oxuyarkən orada öz maraq dairəsini və ya ixtisasını daha tez görür. Məsələn, bir psixoloq “Cinayət və cəza”nı oxuyarkən əsərdəki psixoloji hadisələri daha rahat dərk edir. Bir iqtisadçı qəhrəmanın nə dərəcədə kasıb və çıxılmaz vəziyyətdə olduğunu daha rahat qiymətləndirir. Bir memar…

· Təəssürat · Xarici memarlar

Kölgədə qalan insanlar

Həyatda qarşıma həm yaxşı, həm də pis insanlar çox çıxıb. Amma son bir ildə əməyimdən sui-istifadə edib onu öz adına çıxaran insanlarla həddindən artıq çox qarşılaşıram. Görünür, yaşadıqlarım hələ də mənə kifayət qədər dərs olmayıb. Çünki eyni vəziyyətin içində təkrar-təkrar özümü tapıram. Bəlkə də…

· Təəssürat

Qapının o üzündə

Hər bir valideyn övladının tərbiyəsi ilə özünəməxsus şəkildə məşğul olur. Mənim anamın da mənə uşaqlıqdan ən çox tapşırdığı, hətta ciddi şəkildə tənbeh etdiyi əsas məsələ evin söhbətini bayırda danışmamaq, amma bayırda baş verən hər şeyi gəlib evdə danışmağım idi. O, bu qayda ilə əslində həm…

· Təəssürat

Ulduzlu gecə

Təbiətin elə sehrli hadisələri var ki, onları nadir hallarda görünür və bir dəfə göründümü, insanın yaddaşından silinmir… Bu qış Bakının sehrli dumanı da belə idi. Dənizlə dumanın bir-birinə qarışması, binaların yox olması… Şəhər sanki öz sərhədlərini itirmişdi. Əminəm ki, o anı ömrüm boyu…