Təəssürat

Memarlıq insan həyatının ən vacib sahələrindən biridir və hər yeni layihə həyatımıza dəyər qatmaq məqsədi daşıyır. Müasir memarlıq dizaynları yalnız estetik gözəlliklə məhdudlaşmır, həm də funksionallıq, davamlılıq və innovasiyaya əsaslanır.

· Təəssürat · Xarici memarlar

Louis Kahn və Təzadlar

Yaxşıyla pis, xeyirlə şər, sevgi və nifrət haqqında çox düşünürəm. Amma bu düşüncələr məni heç vaxt bir nəticəyə gətirib çıxarmır. Çünki həyatım boyunca bütün varlığı ilə tamamilə pis və ya tamamilə yaxşı olan bir insanla qarşılaşmamışam. Bəli, mənə qarşı səbəbsiz yerə çox yaxşı davrananlar da…

· Təəssürat

Kardioqramma Kimi Şəhər

Hər bir peşə insanın xarakterinə nəsə qatır. Məsələn, fiziklərin əksəriyyətinin fərqli saç düzümü olması ilə bağlı zarafatlar var 🙂 Memarlarda isə bu xüsusiyyət, mükəmməllik axtarışı, hər şeyə tənqidi yanaşmaq və bəzən də heç nəyi tam bəyənməməkdir deyə bilərik. Yarada bilməyin verdiyi özünəinam…

· Təəssürat · Xarici memarlar

Məscidin fəlsəfəsi və Emre Arolat

Problem ondadır ki, mən çox hissiyyatlıyam, yoxsa başqaları çox hissiyyatsızdır? Düşünürəm ki, empatiya insana verilə biləcək ən böyük əzablardan biridir. Amma həmçinin bu xüsusiyyət insanın ətrafındakı detalları daha dərindən görməsinə səbəb olur. Memar kimliyimlə deyə bilərəm ki fərqli memarlıq…

· Təəssürat

Aid olmadığın şəhərdə

Uzun zamandır yazmıram. Çünki özümü təkrarlamamaq adına yeni təəssüratlara ehtiyacım var idi, yeni insanlarla və yeni düşüncələrlə tanış olmaq, yeni fikirlərin varlığından xəbərdar olmaq, mənə yad olan dünyaları görmək və tanımaq ehtiyacı. Bunun yaradıcılığıma nə qədər müsbət və ya mənfi təsir…

· Təəssürat

Azərbaycan Milli İncəsənət Muzeyi

Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, böyüyə hörmət anlayışı demək olar ki, bütün cəmiyyətlərdə mövcuddur. Bu, mədəniyyətin bizə aşıladığı əsas dəyərlərdən biridir. Eyni prinsip, memarlıqda da özünü göstərməlidir. Şəhərin yeni tikilən gənc binaları ətrafındakı yaşlı tikililərlə…

· Təəssürat

Milan kafedralı və Oskar Uayld

Bu günə qədər yazdığım yüzə yaxın bloqda müxtəlif ölkələrin memarlıq abidələri haqqında az-çox yazmışam, amma maraqlısı odur ki, ən sevdiyim ölkə haqqında bir cümlə belə qələmə almamışam. İnsan ən çox sevdiyini özünə saxlamaq, onu heç kimlə paylaşmaq istəmir. Sanki paylaşsa, sevgisi azalar…

· Təəssürat

Hökumət Evinin siyasi dili

Bu gün Hökumət Evinin binasına memarlıq psixologiyası baxımından nəzər salmaq istəyirəm. Hər birimiz bilirik ki, memarlığın siyasi və psixoloji dili var və bu dil xüsusilə inzibati binalarda özünü daha aydın göstərir. Dünyanın hər hansı şəhərinə ilk dəfə gedərkən, bir binanın qarşısından keçəndə…

· Təəssürat

İlaxır Çərşənbəsi və Milli Memarlıq

Nə yalan deyim, uşaqlıqda Novruz bayramını çoxda sevmirdim. Bəlkə də buna səbəb, uşaq ikən bayrama aid adət-ənənələri tam olaraq icra etməməyim idi. Misal, papaq atdığım heç xatirimə gəlmir, tonqaldan isə hələ də qorxuram 🙂 Amma böyüdükcə Novruzun dəyərini anlamağa başladım. Hətda yanvar ayından…

· Təəssürat

Notr-Dam kilsəsi və Viktor Hüqo

Bir roman bir kilsəni sökülməkdən xilas edə bilər? Tarixdə belə hadisə olub. Müəllif – Viktor Hüqo. Roman – Paris Notr-Dam kilsəsi. Söhbətin hansı kilsədən getdiyini isə yəqin ki, hər kəs təxmin etdi. XIX əsrin əvvəllərində Parisin mərkəzində, Sena çayının sahilində ucalan bu möhtəşəm tikili artıq…

· Təəssürat

Le Corbusier və görünməyən QADIN əməyi

Yaşım artdıqca kəskin fikirlər səsləndirməkdən uzaq durmağa çalışıram. Çünki anlayıram ki, 10 il sonra fikrim dəyişə bilər və o an 10 il əvvəlki “mən”dən utanacam. Amma hər nə qədər bundan qaçsam da, bu gün bir qədər kəskin fikir səsləndirəcəyəm. Daha doğrusu, yazacağam. Metaforik desək, insan…