Skip to content

Yağış və Memarlıq

Yağış damlası dənizə düşəndə, artıq yağış yox, dəniz olur. Əslində yağışın yaranmasına səbəb elə dənizin buxarlanması deyilmi? Təbiətdə hər şey bir-birinə bağlıdır, hər başlanğıc başqa bir sonun davamıdır. Biz bu dairənin ən maraqlı hissəsində yaşayırıq.… 

Dövlət İdeologiyasının Memarlıqda Qoyduğu İzlər

Dövlət ideologiyasının memarlıqda qoyduğu izlər, binaların sadəcə funksional tikililər deyil, eyni zamanda siyasi və mədəni mesaj daşıyıcıları olduğunu göstərir.  Memarlıq hər bir dövrün səsini, hökmünü və kimliyini daşıyan səssiz bir manifestdir. Dövlətin ideologiyası, milli ambisiyalar… 

Xalçaların Unudulan Missiyası

Bu gün ev alarkən və ya təmir etdirərkən bir çox detalı nəzərə alırıq – dizayn, rənglər, materiallar… və əlbəttə, səs izolyasiyası. Artıq demək olar ki, hər kəs qonşulardan gələn səslərin narahatedici ola biləcəyini ya əvvəlcədən… 

Memar kimdir?

Ənənəvi tərifə görə memar, binaları dizayn edən mütəxəssisdir. Amma gəlin bir az fərqli baxış bucağından baxaq…Fikrimcə, memar hərəkəti dizayn edən şəxsdir. Memar sadəcə divarları, pəncərələri, damı yerləşdirmir, həyatın necə axacağına, insanın harada dayanıb haradan davam… 

Ruhun Neçənci Mərtəbədə Yaşayır?

Biz çox vaxt yaşayış yerimizi seçərkən praktik meyarlara əsaslanırıq, bina neçə mərtəbədən ibarətdir, lift varmı, yetəri qədər gün işığı düşürmü, yaxınlıqda market varmı… Amma bir detal var ki, onu nadir hallarda dəyərləndiririk: mənzərə. Gözümüzün hər… 

Neçə şəhərliyik?

Bir yerdə oxumuşdum: “Yaşadığın şəhərin sakini o vaxt sayılırsan ki, artıq o şəhərdə keçirilən tədbirlərdə iştirak etmirsən. Küçə konsertlərinə getmirsən, bayram tədbirləri artıq səni o qədər cəlb etmir. Festivallar sənə sadəcə xaos kimi görünür” Bu… 

Ciddi Binalar, Ciddi İnsanlar

Heç fikirləşmisinizmi, şəhərlərdəki binalar niyə bu qədər ciddi görünür? Küncləri düz, rəngləri solğun, formaları sərt və sanki hamısı özünü çox əhəmiyyətli göstərir. Gəzəndə adam özünü bir az tərbiyəli, bir az ciddi aparmaq istəyir. Sanki binalar…