Təəssürat

Memarlıq insan həyatının ən vacib sahələrindən biridir və hər yeni layihə həyatımıza dəyər qatmaq məqsədi daşıyır. Müasir memarlıq dizaynları yalnız estetik gözəlliklə məhdudlaşmır, həm də funksionallıq, davamlılıq və innovasiyaya əsaslanır.

· Təəssürat

Həbsxana

Heç düşündünüzmü, bir həbsxana necə olmalıdır? Mən bu sual üzərində ilk dəfə universitet illərində düşünməyə başladım. Çünki həmin illərdə yuxarı kurs tələbələrindən birinin diplom mövzusu digər tələbələr arasında maraq, heyrət və təəccüblə qarşılanmışdı. Çünki onun mövzusu həbsxana idi. İlk…

· Təəssürat · Xarici memarlar

Frank Gehry və 15% Sənət Haqqı

Bəzən düşünürəm ki, yazı ilə insanın şəxsiyyəti arasındakı əlaqə, şəhərlərin binaları ilə insanların həyatları arasındakı əlaqəyə bənzəyir: görünən hissə sadədir, amma altında fikir, məna və tarix yatır. Elə memarlıq da eyni şəkildədir: ilk baxışda sadəcə daş və poladdan ibarət strukturlar kimi…

· Təəssürat

Qoxu

Qoxu insanın dörd əsas duyğusundan biridir və yaddaşın ən güclü qapısı sayılır. Bəzən sadəcə bir qoxunu hiss etmək kifayətdir ki, zehnimiz dərhal keçmişə, uşaqlıq illərinə səyahət etsin. Unudulmuş xatirələr bir anda canlanar, hər detal yenidən gözümüzün qabağına gələr. Köz qoxusu kənddə…

· Təəssürat

Yağış və Memarlıq

Yağış damlası dənizə düşəndə, artıq yağış yox, dəniz olur. Əslində yağışın yaranmasına səbəb elə dənizin buxarlanması deyilmi? Təbiətdə hər şey bir-birinə bağlıdır, hər başlanğıc başqa bir sonun davamıdır. Biz bu dairənin ən maraqlı hissəsində yaşayırıq. Coğrafi olaraq şanslı bölgədə yerləşmişik…

· Təəssürat

Şuşanın havası insanlara necə təsir edir?

Mənim nənəmin də, babamın da ana ataları Şuşada yaşayıb böyüyüb. Lakin 1918-ci ildə ermənilərin törətdiyi soyqırımlar nəticəsində onlar Ağdama köçməyə məcbur qalıblar. Babamı görmək mənə qismət olmasa da, nənəmlə birlikdə böyümüşəm. Nənəm həmişə Şuşalıların soyuqqanlılığından danışardı, amma özü…

· Təəssürat

Mühitin və Memarlığın Beynə Təsiri

İnsan yalnız ailəsinin və çevrəsinin məhsulu deyil. Onu böyüdən divarların, qapıların, pəncərələrin də payı var. Mən bunu böyüdüyüm evi xatırlayanda anlayıram. Cəmi on iki il yaşamışdım orada, amma ömrümün xəritəsində ən dərin xətlərdən biri idi. Çünki bir insanın formalaşmasında bəzən məhz belə…

· Təəssürat

Dr. B-nin Otağından Müasir Binalara

Bir müəllimim fantastik roman oxumayan biri yaxşı memar ola bilməz demişdi. O cümləni eşidəndə hələ fantastik janırla yaxşı tanış deyildim və müəllimimin əslində nə demək istədiyini tam olaraq anlamırdım. Bu gün fantastika janırın çox oxuyan biri olaraq əslində müəllimimin nə demək istədiyini daha…

· Təəssürat

Günəşin Memarlığa Təsiri

Təbii şərait, yəni iqlim, memarlığın formalaşmasında əsas rol oynayır. Səhranın isti nəfəsi, günəşin amansız zərbələri, küləyin sərt səsi, insanın daşla və torpaqla olan yaradıcılığını, yəni memarlığı formalaşdırıb. Əvvəlki yazılarımın birində küləyin Bakının memarlığında necə öz əksini tapdığını…

· Təəssürat

Rəqəmsal şəhərlər

Texnologiya, keçmişimizə toxunur, onları dəyişir, ya da dəyişməyə məcbur edir. Amma bu dəyişikliklərin içində bir sual yaranır: yeni formalaşan şəhərlərin ruhu varmı? Altı il memarlıq təhsili aldım və öyrəndiyim ən maraqlı fikirlərdən biri “layihələndirdiyin şəhər, bina və ya hər hansısa bir…

· Təəssürat

Kafelərdə nə axtarırıq?

Bu günkü yazıma hər zamankı rəsmiyyətdən bir az uzaq şəkildə başlamaq istəyirəm. İlk dəfə idi ki, Instagram izləyicilərimdən biri konkret olaraq məndən bir blog mövzusu barədə yazmağımı xahiş etdi. Mövzu isə kafelər haqqında idi. Maraqlıdır ki, bu mövzu mənə doğmadır. Çünki ilk ciddi tədqiqat işim…