Təəssürat

Memarlıq insan həyatının ən vacib sahələrindən biridir və hər yeni layihə həyatımıza dəyər qatmaq məqsədi daşıyır. Müasir memarlıq dizaynları yalnız estetik gözəlliklə məhdudlaşmır, həm də funksionallıq, davamlılıq və innovasiyaya əsaslanır.

· Təəssürat · Düşüncə

Bozun əlli çaları

Diqqət etmisiniz, əksər insanların ən sevdiyi rəng ya yaşıldır, ya da mavi. Çox az bir qisim digər rəngləri sevir. Bunun səbəbi isə insan nəyi çox görərsə onu sevər məntiqinə əsaslanır, fikrimcə. Başımızı qaldırıb mavini görürük, yerə baxıb yaşılı görürük, demək istərdim… Lakin, bu Bakı sakinlərinə…

· Təəssürat · Xarici memarlar

Antonio Qaudi və Corc Oruell

Mənim ən sevdiyim yazıçılardan biri Corc Oruelldir. Onun düşüncə gücü qarşısında heyran qalmamaq mümkün deyil. Təsəvvür edin bir insan roman yazır və o romanda yarım əsr sonranı təsvir edir. Biz hansımız beş il sonranı onun qədər dəqiq təsəvvür edə bilirik? Sərhədsiz təxəyyül gücünə malik insan…

· Təəssürat

Spektakl Memarlığı

Spektakl Memarlığı. Aranızda teatrlara tez-tez gedənlər var? Hansı teatr janrını daha çox xoşlayırsınız? Mən pantomimə vurğunuyam. Çünki bu janrda tamaşa elə qurulur ki, hər bir spektakl izləyicini öz daxili aləmi ilə dialoqa dəvət edir. Hekayə və dialoq sözlə təqdim olunanda biz onu olduğu kimi…

· Təəssürat

Səki mədəniyyəti

Mən piyada gəzməyi çox sevirəm və Bakını illərlə addım-addım gəzmişəm, heç vaxt yorulmadan. Amma son illərdə şəhərdə gəzəndə tez yorulduğumu hiss edirəm. Əvvəl bunu “qocalıq” kimi qəbul edirdim, düşünürdüm ki, artıq 10 il əvvəlki enerjim yoxdur. Sonra anladım ki, başqa şəhərlərdə saatlarla gəzərkən…

· Təəssürat

Üslublar

Bu gün memarlıq üslublarından yazacam. Amma onların özəlliklərini və bir-birindən necə fərqləndiyini izah etməyəcəm, bu haqda internetdə kifayət qədər məlumat var. Mən əvvəlki yazılarımda olduğu kimi, bu mövzuya da daha çox sosial-psixoloji baxış bucağından yanaşmaq istəyirəm. Müasir dünyada bədən…

· Təəssürat

Küçə mebelləri

Bu yaxınlarda Cəfər Cabbarlı küçəsi ilə gedərkən maraqlı bir detal diqqətimi çəkdi. Bakıda çox nadir rast gəldiyimiz küçə mebeli nümunələrindən olan oturacaqlara (skamyalara) rast gəldim. Yaxınlaşanda üzərindəki yazıdan məlum oldu ki, bu oturacaqlar əraziyə “Yapı Kredi Bankası” tərəfindən…

· Təəssürat

Niyə eyvandan istifadə etmirik?

Bu yaxınlarda bir xanımla söhbət edirdik və maraqlı bir fikir səsləndirdi: Azərbaycanda eyvan mədəniyyəti demək olar ki, formalaşmayıb. Bunun səbəbini isə uşaqlıqdan gələn bir vərdişlə əlaqələndirdi. O vaxtlar eyvanlar çox vaxt evə qatılır, əlavə otaq kimi istifadə olunur, nəticədə eyvanın özü…

· Təəssürat

Parisin şarmı – haussmann binaları

Paris deyəndə, çoxlarının gözünün qabağına gələn mənzərə – enli prospektlər boyunca sıralanmış, eyni ritmlə yüksələn, daş fasadlı, uzun balkonlu binalardır. Bu, XIX əsrin ortalarında Barond Haussmannın rəhbərliyi ilə aparılan böyük şəhərsalma layihəsinin mirasıdır. 1853–1870-ci illərdə Paris…

· Təəssürat

Düşmən memarlıq

Biri ilə düşmənçilik etmisən heç? Necə düşmənçilik edirsən? Sənə olunan pisliyin qarşılığında o insanı Allaha həvalə edirsən? Yoxsa arxasınca qarğış edirsən, bu dünyada rahatlıq tapmamasını diləyirsən? Bəlkə də ən sərtini edirsən – cəzanı özün verirsən, onun nə yaşamağa layiq olduğunu özün…

· Təəssürat

Kağız memarlığı

Kafkanın həyatı ilə tanış olduqda maraqlı bir fakt oxumuşdum. Kafka yaxın dostuna vəsiət edir ki, mən öldükdən sonra yazılarımın hamısını yandırıb yox edərsən. Dostu isə onun vəsiətinə əməl etmir. Və bütün yazdıqlarını çapa verir. Yaxşı etdi, yoxsa pis, bilmirəm, ümumiyyətlə Kafkanın həyatını…