Skip to content

Minimalizm ya xəstaxana üslubu?

Son illər evlərimizdə ən çox yayılan dəb stillərindən biri minimalizmdir. Bu stil indi daha çox sevilir. Niyə?

Çünki minimalizm yorğun ruhların istirahət məkanıdır. Həyatı sürətlə axan, hər günü planla dolu olan insan axşam evinə gələndə onu nə səs, nə də xaos qarşılasın istəyir. Gözlər və zehin eyni anda dincəlsin. Boş rəflər, açıq tonlar, sadə formalar… sanki bu sakitlik içimizdəki səs-küyə cavab verir.

Ancaq gəlin bir az da geriyə baxaq. Bir əsr əvvəlki evlərimiz necə idi? Rəngli, bəzəkli, əşyalarla dolu… Hər küncdə bir xatirə, bir əl işi, bir naxış. Təkcə nənəmizin toxuduğu xalçalara baxmaq kifayət idi ki, evin necə canlı olduğunu hiss edək.

İndi isə bu rənglərə, bu canlı, isti, həyat dolu atmosferə niyə uzaqlaşdıq?

Bəlkə də o zamanlar həyat daha yavaş axırdı. İnsan evdə daha çox vaxt keçirirdi. İndi isə sürət var, iş var, stress var. Hər birimiz bir neçə işlə məşğul oluruq. Ona görə də evlərdə boşluq axtarırıq, nəfəs almaq üçün daha çox yer.

Bəs bu sadəlik haradan gəldi?

İnteryerdə ilk dəfə sadəliklə harada qarşılaşmışıq? Təbiəətdə sadəlik yoxdur. Təbiət canlıdır rənglidir dinamikdir. Hətda səhraların belə özünün dinamikası ahəngi var. Bəs minimalizm haradan yaranıb? Xəstəxanalarda? Ağ divarlar, steril səthlər, bir tip mebel. Soyuq, ruhsuz, amma “funksional”. Maraqlıdır, elə deyilmi? Xəstəxanada bir neçə saatdan artıq qala bilmirik bəs niyə xstəxana stilini evlərimizə gətiririk? Daha vacib sual isə xəstaaxanalar niyə bu qədər ruhsuz interyerə sahibdir?

Əgər bir xəstəxana soyuq mərmərlərlə deyil, isti ahəngli materiallarla tikilsə, divarlar insanı qorxutmaq əvəzinə qucaq açan hiss bəxş etsə, sağalma prosesi daha rahat keçməzmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir