Dr. B-nin otağından müasir Binalara. Bir müəllimim fantastik roman oxumayan biri yaxşı memar ola bilməz demişdi. O cümləni eşidəndə hələ fantastik janırla yaxşı tanış deyildim və müəllimimin əslində nə demək istədiyini tam olaraq anlamırdım. Bu gün fantastika janırın çox oxuyan biri olaraq əslində müəllimimin nə demək istədiyini daha yaxşı dərk edirəm.
Fərqli düşünmə qabliyyəti olmayan biri nə dərəcədə yaradıcı insandır? Elə isə yaradıcılıq azadlıq demək deyilmi?
Stefan Zveigin “Şahmat” novellasını oxuyanlar bəlkədə məni daha yaxşı anlayar. Əsərin psixoloji kontekstinə toxunmadan qəhramanın yaradıcı davranışına və yaşamağa məcbur qaldığı otağın memarlığından bəhs etmək istəyirəm.
Hər kəs bir əsər oxuyarkən orada öz maraq dairəsini daha tez görür. Bu səbəblə sözü gedən novellada ən çox diqqətimi çəkən qəhramanın məhkum olunduğu otaq idi. Bu otağı əslində “otel otağı” da adlandırmaq olar. Çünki lazımi ehtiyyacları qarşlayan hər bir əşya bu otaq var idi və həmçinin gündə 2 dəfə qəhramanımıza yemək verilir. İnsana başqa nə lazımdırki əsl istirahət elə deyilmi? Yox elə deyil çünki bir insan 4 divarın arasında məlumatsız qaldıqda dəli ola bilər. Pəncərədən baxıb heç bir canlını görməmək heç bir yenilik görməmək həyatın axışından xəbərsiz dörd divar görmək necə bir həyatdır? Ümumiyyətlə pəncərənin həyatımızda nə qədər əhəmiyyətli olduğunu başa düşürük?
Novellada pəncərəsiz bir otaqda başlayan iztirab, mənə modern memarlığın unutduğu bir sualı xatırlatdı: bir məkanda nə qədər yaşamaq olar?
Bu gün tikilən yeni tikililərin bir çoxu elə qəhramanımızın “otel otağına” bənzəmirmi? Pəncərəmiz var amma qarşı binaya baxır, lakin qəhramanımızın həyatından fərqli olaraq biz qarşıdakı ailələrin həyatını izləyirik. O həyatlarda bizim təsəvvürümüzdə bir şahmat taxtasıdır? Biz əslində Dr. B. -nin həyatını yaşayırıq amma bundan xəbərsizik?
Əvvəlki blog yazımda gün işığının əhəmiyyətindən və onun yoxluğunun depresiya yaratma səbəbindən yazmışdım. Bu əsərdə qəhramanımız gün işığı görmür bu onun az qala dəli olma səviyyəsinə gəlib çatmasının səbəblərindən biri ola bilərmi? Mənzilə düşən gün işığı tək psixoloji vəiyyətimiz üçün əhəmiyyətli deyil, həmçinin ürək-damar xəstəliklərinin yaranmasının qarşısın alır və mənzildəki mikrobları öldürür. Bəli bir çoxları bilirki evə gün ərzində neçə saat hansı bucaq altında gün işığı düşməlidir lakin son illərdə tikilib satılan evlərdə bu standartlar nəzərə alınmır və bizlər standarta uyğun olmadığını bildiyimiz halda bu evləri alırıq, çünki demək olarki başqa seçimimiz yoxdur. Bizə başqa seçim verilmir çünki tibb günü gündən inkişaf edir. Hətda mənə görə tibbin müasir qolu olan psixologiyada insanlar tərəfindən rəğbətlə qarşılanır.
Düşüncəm nə dərəcədə doğrudur bunu oxuyucuların öhdəsinə buraxıram: mənim fikrimci dünənə qədər insanları dinlə idarə edirdilər bu gün artıq dinin insanlar üzərində təsiri azaldığı üçün bunun yerini psixologiya adı altında manipulasiya alıb. Nəticədə hətda memarlıq belə bu manipulyasiya ilə idarə olunan mexanizmə çevrilib. Restoran dizayn edərkən qırmızı rəngin iştah açıcı təsirindən faydalanırıq və ya iş yerlərində mavi rəngə üslünlük veririk çünki bunun iş performansını artırdığını düşünürük. Məkanın akustikasının mühitə uyğun tənzimlənməsi, yollarda yönləndirmə axınları və sairə hər biri memarlıq manipulyasiyasıdır. Əslində bu manipulyasiya bu gün yaranıb demək səhv olardı. Yəqinki hər birimiz ən az bir dəfə dini abidələrdə olmuşuq. Yüksək tavanlar, iri sütunlar, geniş qapılar bunlar əslində insanın özünü Allah qarşısında aciz hiss etməsi üçün yaradılan memarlıq manipulyasiyaları deyilmi? İnamsız biri belə bir dini abidədə öz inamsızlığını sorğulamaz?
Qısacası, insanı kiçik bir otaqda dəli edib böyük bir abidədə inanclarını sorğuladan memarlarlıq bizi yönləndirir deyə bilərik?